Keçmiş futbolçudan Məryam Üzerliyə sevgi etirafı

23 Dekabr 2019 18:04

Keçmiş futbolçu Paskal Numa Məryam Üzerli ilə filmə çəkilmək istəyir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Kiprdə gecə klublarının birində dicey kimi çıxış edib. O, açıqlamasında 8 illik radio layihəsinin bitdiyini bildirib.

Jurnalistlərin "Filmlərdə oynamaq fikriniz varmı?" sualına keçmiş futbolçu maraqlı cavab verib.

"Əgər Məryəm Üzərli ilə oynayacağamsa, çox istərdim. Onu çox bəyənirəm",- deyə Numa bildirib.

Qeyd edək ki, Türkiyənin "Beşiktaş" futbol klubunda oynamış Numa futbolçuluq karyerasını bitirdikdən sonra da bu ölkədə yaşayır.

Milli.Az