Türkiyə XİN rəhbəri: Türkiyə, Azərbaycan və Gürcüstan regionda sabitliyə mühüm töhfə verib

23 Dekabr 2019 13:24

"Türkiyə, Azərbaycan və Gürcüstan regionda sabitliyə mühüm töhfə verib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu ölkələr Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Pekinlə Londonu birləşdirib:

"Gələcəkdə biz bu cür vacib layihələrin icrasını davam etdirəcəyik. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə biz həm ticarət, həm də nəqliyyat sahəsinə töhfə veririk".

Qeyd edək ki, Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin səkkizinci üçtərəfli görüşü keçirilir.

Milli.Az