Türkiyədə avtobus aşdı - 20-yə yaxın yaralı

23 Dekabr 2019 14:29

Türkiyənin Antalya vilayətində avtobus aşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 5 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunur ki, avtobus hotel işçilərini aparırmış. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Milli.Az