Bərbər saçı yaxşı kəsmədiyinə görə güllələndi

23 Dekabr 2019 20:21

Bərbərxanada güllələnmə hadisəsi baş verib.

Milli.Az nypost-a istinadla xəbər verir ki, orta yaşlı bərbər kişi salonuna gələn əli silahlı şəxs tərəfindən güllələnib. Cinayətkar daha sonra hadisə yerindən qaçıb.

Hadisə ABŞ-ın Texas ştatında, Hyuston şəhərində baş verib. Hadisə şahidlərinin dediyinə görə 13 yaşlı uşağın saç düzümü üstündə cinayətkarla bərbər arasında mübahisə yaranıb. O, belində gizlətdiyi silahı çıxararaq bərbərə 3 dəfə atəş açıb, sonra da məkandan qaçıb.

Hadisəni törədən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib. Hyuston polisi hazırda hər yerdə cinayətkarı axtarır.

Qeyd edək ki, 3 güllə yarası alan bərbərin vəziyyəti ağırdır.

İsmayıl
Milli.Az