"Sabah" legioneri ilə yolları ayırdı

23 Dekabr 2019 10:19

"Sabah" futbolçusu  Hendrik Eksteynlə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

28 yaşlı futbolçu bu ilin yayından "Sabah"da  çıxış edirdi. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qol vurub.

Milli.Az