Yasamalda 2 nəfər maşında güllələndi - FOTO

23 Dekabr 2019 09:40

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində naməlum şəxs tərəfindən tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ondan başqa, sərnişin İlkin Babayev də güllələnib. O, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

Milli.Az