Siyəzən rayonunda 4 otaqlı evdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Siyəzən rayonunun Gilgilçay qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az