Türkiyədə 30-dan çox qanunsuz miqrant saxlanılıb

23 Dekabr 2019 08:17

Türkiyənin Muğla vilayətinin sahillərində qanunsuz miqrantların olduğu qayıq saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, gəminin göyərtəsində 31 qanunsuz miqrant olub.

Miqrantlar Bodrum rayonunda sahil mühafizəçisi tərəfindən saxlanılıb.

Onların hamısı Suriya, Cənubi Afrika və İraqdan olan gəlmələrdir.

Milli.Az