ABŞ-da atışma olub - 1 ölü, 6 yaralı

23 Dekabr 2019 08:11

ABŞ-ın Sprinq-Ley-Park şəhərində (Minnesota ştatı) restoran dayanacağında baş verən atışmada ən azı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalı bildirib.

Məlumata əsasən, hadisə dekabrın 22-dən 23-nə keçən gecə baş verib. Mərhum 19 yaşlı kişidir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Atəş açanın şəxsiyyətini müəyyənləşdirmək üçün polis axtarışları davam etdirilir.

Milli.Az