Quldurlar Qvineya körfəzində 4 gəmiyə hücum ediblər - ölən var

23 Dekabr 2019 07:55

Quldurlar Qvineya körfəzində dörd gəmiyə hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi bildirib.

Həmin gəmilər Qabonun Librevil limanında olub.

Hücum nəticəsində bir nəfər öldürülüb, dörd nəfər isə girov götürüldü. Öldürülən şəxs gəmilərin birində kapitan vəzifəsini tuturdu, girov götürülən daha dörd nəfər dənizçi olub.

Milli.Az