İngiltərənin cənubunda bıçaqla hücum nəticəsində iki nəfər ölüb

22 Dekabr 2019 22:41

Qərbi Sasseks qraflığının Kroli şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum edənin qurbanları ilə tanışlığı olub. Hadisə yerinə 10-a yaxın polis və bir neçə təcili yardım maşını gəlib.

İnsidentin terrorla əlaqəsi haqqında heç bir məlumat yoxdur. Lakin polis baş verənləri ciddi qiymətləndirir.

Milli.Az