Ən çox quru oyun keçirən qapıçı kimdir?

22 Dekabr 2019 19:21

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında ən çox quru oyun keçirən qapıçı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu göstəricidə çempionatın ən yaxşısı Səlahət Ağayevdir.

"Neftçi"nin təcrübəli əlcək sahibi ilk iki dövrənin 7 matçında qapısını toxunulmaz saxlayıb. 14 qarşılaşmada 10 top buraxan S.Ağayev bu oyunların yarısını quru keçirib.

İki qapıçı hərəyə 6 belə görüşə malikdir. Onların hər ikisi legionerdir.

Lakin "Qarabağ"ın bosniya və herseqovinalı qolkiperi Asmir Beqoviç daha az oyunda şans qazanıb. O, 10 görüşdə 5 qol buraxıb. "Keşlə"nin moldovalı legioneri Stanislav Namaşko isə 14 matçda qapısında 12 qol görüb.

Milli.Az