Pamela Andersonun yarım milyon dollar vergi borcu var

16 Aprel 2010 11:59
Milli.Az xəbər portalı "Haburtürk"ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında ən çox vergi borcu olan 205 nəfərin siyahısı açıqlanıb. Siyahıda 500 min dollar vergi borcu olan Pamela Andersonun da adı var.

Qeyd edək ki, ötən il Hollivud ulduzu Nikolas Keyc də 6,3 milyon dollarlıq vergi borcu ilə gündəmə gəlmişdi.

Milli.Az