"Qarabağ"ın rəqibi müəyyənləşdi

22 Dekabr 2019 17:53

"Qarabağ"ın qış təlim-məşq toplanışında yoxlama oyunu çərçivəsində qarşılaşacağı rəqiblərdən biri bəlli olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Çexiyanın "Siqma" klubu ilə qarşılaşacaq.

Yanvarın 25-də keçiriləcək "Siqma" - "Qarabağ" görüşü saat 14:30-da start götürəcək.

Milli.Az