Suriyada radikal qruplaşmanın lideri öldürüldü

22 Dekabr 2019 16:49

Suriyanın İdlib vilayətində "Din Mühafizəçiəri" terrorçu təşkilatının lideri öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Əməliyyat ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən həyata keçirilib. Terrorçunun olduğu avtomobilə pilotsuz uçuş aparatından zərbə endirilib.

Əməliyyatın detalları açıqlanmayıb.

Milli.Az