İŞİD 4 polis öldürdü

22 Dekabr 2019 15:52

İŞİD terror təşkilatının bir qrup silahlısı İraqın Səlahəddin vilayətində polis postuna hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Rudaw" telekanalı məlumat yayıb.

Bayci şəhərində neft obyektlərinin mühafizəsi üçün yaradılmış posta hücum nəticəsində 4 polis əməkdaşı öldürülüb. Atışma zamanı üzərində partlayıcı qurğu olan bir terrorçu məhv edilib.

Milli.Az