"Barselona" bunu 7-ci dəfə bacardı

22 Dekabr 2019 14:37

"Barselona" bu il ev oyununda heç bir matçı uduzmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komanda "Kamp Nou"da keçirdiyi 28 matçda 24 qələbə qazanıb və 4 dəfə heç-heçə oynayıb. Topların fərqi 81-20-ə təşkil edib.

Belə nailiyyətə kataloniyalılar öz tarixlərində yeddinci dəfə imza atıblar. Daha əvvəl Barcelona 1957, 1959, 1968, 1974, 1975 və 2011-ci illərdə "Kamp Nou"da məğlubiyyətsiz başa vurub.

Barcelona 39 xal yığaraq İspaniyanın çempionatının yarış cədvəlində 1-ci yer tutur. Üçlüyə həmçinin Real klubu (36 xal) və Sevilla (34) daxildir.

Milli.Az