Forlan baş məşqçiliyə başladı

22 Dekabr 2019 14:07

Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlanın yeni iş yeri məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu Penarol klubunun baş məşqçisi olub. Bu barədə Uruqvay təmsilçisinin rəsmi saytı məlumat yayıb. Forlanla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, karyerası ərzində "Mançester Yunayted", "İnter", "Atletiko Madrid" kimi klublarda çıxış edən Forlan, 112 dəfə də Uruqvay millisinin formasını geyinib.

Milli.Az