"Qızıl top" Salaha çatdı

22 Dekabr 2019 13:18

"Liverpul"un hücumçusu Məhəmməd Salah klublar arasında dünya çempionatının ən yaxşı oyunçusu olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu haqda FİFA-nın rəsmi Tvitter səhifəsi məlumat yayıb. Misirli oyunçuya yarışın "Qızıl top" mükafatı təqdim olunub.

Xatırladaq ki, Qətərdə keçirilən yarışın dünən keçirilən finalında Liverpool Flamengo-ya 1:0 hesabı ilə qalib gələrək çempion olub.

Milli.Az