"Veb-kameralar məntəqə daxilində səsvermənin bütün gedişatını izləyir" - Məzahir Pənahov

22 Dekabr 2019 12:56

Veb-kameralar məntəqə daxilində səsvermənin bütün gedişatını izləyir. Bu tələb ciddi şəkildə həyata keçirilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, bununla bağlı pozuntu halı aşkarlanarsa, MSK-ya məlumat verilməlidir:

MSK sədri vurğulayıb ki, hazırda 1000 məntəqə veb-kameralar quraşdırılıb: "Sevindirici hal ondan ibarətdir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaşanılmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur".

Milli.Az