17 yaşlı futbolçu milli komanda seçimini etdi

22 Dekabr 2019 12:45

"Rennes"in 17 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqa milli komanda seçimini konkretləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fransanın U-21 yığmasında 1 oyun keçirmiş gənc istedad dünya çempionlarının əsas komandasından dəvət gözlədiyini bəyan edib.

Anqolanın Kabinda əyalətinin Mikonqe şəhərində anadan olan futbolçu yekun qərarını valideynləri ilə məsləhətləşəndən sonra açıqlayıb. Cari mövsüm "Rennes"in əsas heyətində 19 görüşdə meydana çıxan Kamavinqa 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az