Türkiyədə 50-yə yaxın qanunsuz miqrant saxlanılıb

22 Dekabr 2019 09:55

Türkiyənin İzmir şəhəri sahillərində 49 qanunsuz miqrant saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, miqrantlar Sahil Təhlükəsizlik Qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, bunlardan 23 nəfəri Suriya, 8-i Fələsətin, 8-i Konqo, 8-i Qambiya və 2-si Yəmən vətəndaşıdır.

Miqrantlar müvafiq orqanlara təhvil verilib.

Milli.Az