Kubaya yeni baş nazir təyin olundu

22 Dekabr 2019 09:11

Kuba Xalq Hakimiyyəti Milli Məclisinin (birpalatalı parlament) deputatları turizm naziri Manuel Marrero Krusun baş nazir vəzifəsinə namizədliyini təsdiq ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Xalq Hakimiyyəti Milli Məclisinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Kuba Respublikasının prezidenti Xalq Hakimiyyəti Milli Məclisinə baş nazir vəzifəsinə Manuel Marrero Krusun namizədliyini təklif edib. Xalq Hakimiyyəti Milli Məclisi respublika prezidenti Migel Dias-Kanelin təklifi ilə baş naziri təyin edib".

Milli.Az