Altay dili bütün türk dillərinin təməlidir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin illik ənənəvi mətbuat konfransında çıxışı zamanı deyib.
O, jurnalistin Qorno-Altaysk şəhərində altay dilində tədris aparan məktəb binasının acınacaqlı olması ilə bağlı müraciətinə müsbət cavab verib:
"Əgər məktəb, üstəlik, yerli dildə tədris verən bir məktəb acınacaqlı vəziyyətdədirsə, əlbəttə, bu qəbul edilməzdir. Söz verirəm, məktəbi yenidən inşa edəcəyik".
Milli.Az