Bakıda məcburi eniş edən təyyarənin sərnişinləri başqa reyslə Moskvaya göndərilib

21 Dekabr 2019 23:26

Rusiyanın "Azur Air" aviaşirkətinin Bakıda məcburi eniş edən təyyarəsinin sərnişinləri başqa reyslə Moskvaya göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Qeyd olunub ki, yerli vaxtla saat 21:04-də təyyarə Bakıdan Moskvaya yol düşüb.

Xatırladaq ki, Rusiyanın "Azur Air" aviaşirkətinin Qoa-Moskva marşrutu ilə hərəkət edən təyyarəsi texniki səbəblərlə əlaqədar Bakı aeroportunda eniş izni istəyib. Təyyarə yerli vaxtla saat 11:05-də uğurla eniş edib.

Milli.Az