“Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik"

21 Dekabr 2019 22:59

"Zirə"nin yeni transferi David Volkov klubun rəsmi saytına açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, gürcüstanlı futbolçu bunları söyləyib:
 
"Yaxşı əhval-ruhiyyədəyəm, "Zirə"yə keçdiyimə görə şadam. Yanvar ayından etibarən yeni komandamın uğur qazanması üçün kömək etmək istəyirəm. Fikrimcə, "Zirə" ilə avrokuboklara vəsiqə qazana bilərik, bu, bizdən asılı olacaq".

Milli.Az