Yaponiya ABŞ-ın Fars körfəzi üzrə yaratdığı koalisiyaya qoşulmaq niyyətində deyil.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın prezidenti Həsən Ruhani Yaponiyaya səfərinin yekunları üzrə çıxışında deyib.
H.Ruhani bildirib: "Yaponiya İranın Hörmüz boğazında sülh üzrə planını dəstəkləyir. Bundan əlavə, Yaponiya Amerikanın bölgədəki təhlükəsizliyi təmin etmək üzrə planlarında iştirak etməyəcəyini açıq şəkildə bildirdi".
İran prezidenti qeyd edib ki, hər iki məsələ üzrə Yaponiyanın mövqeyini alqışlayır.
Milli.Az