Mənzildə halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib

21 Dekabr 2019 20:16

Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.​

Milli.Az