"Səbail" daha bir futbolçusu ilə vidalaşdı

21 Dekabr 2019 19:44

"Səbail"  daha bir futbolçusu ilə yolları ayırıb.

Milli.Az-ın Bakı təmsilçisinin rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Elvin Yunuszadənin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onunla bu ilin yanvarında "Səbail" ilə 31 may 2020-ci ilə qədər müqavilə imzalanmışdı.

Qeyd edək ki, "Səbail" bu gün Ağabala Ramazanovla da vidalaşıb.

Milli.Az