Ançelotti karyerasını bu klubda davam etdirəcək

21 Dekabr 2019 18:20

"Napoli"dən ayrılan Karlo Ançelotti "Everton"a baş məşqçi təyin olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında yazılıb. 60 yaşlı italyan mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Ançelotti 2024-cü ilin yayına qədər karyerasını İngiltərədə davam etdirəcək.

Milli.Az