"Bir ay sonra bitdi..." - Ayan

21 Dekabr 2019 16:33

Bizim vaxtımızda - 10 il əvvəl İnstaqram bu qədər məşhur deyildi. Son iki ildir İnstaqram aktivdir. İnstaqram, Youtube, karaoke müğənniləri yaranıb. Girib karaokedə oxuyur, deyir, yaxşı müğənni olaram. Amma 1 ay davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Show news" verilişinə açıqlamasında deyib. İfaçı İnstaqram-da məşhurlaşan sənətçiləri tənqid edib:

"Bizim vaxtımızda çətin idi: kliplər, verilişlər, maqazin verilişinə açıqlama... Bir kəlmənlə kimisə batıra bilərdin. Elə adamlar var ki, ona İntsaqram maraqlı deyil. Oturub efirə baxırlar. Xoşbəxtəm ki, mən elə insanların sevgisin qazanmışam.

Efir başqadır. Heç kim deməsin ki, İnstaqramda 1 milyon izləyənim var. Hə, nə olsun? Bəzi fenomenlər oldu ki, partlayış etdi. İndi hardadılar? Bir ay sonra yox oldular. Bitdi...

Bir heyvanı da götürüb fenomen edə bilərsiz, amma sevdirə bilməzsiz. Məşhur olmaq başqa, sevilmək başqadır".

Milli.Az