Tanınmış futbolçuda dopinq aşkarlandı

21 Dekabr 2019 15:09

Ukrayna millisi və Kiyev "Dinamo"sunun hücumçusu Artyom Besedin dopinq qəbul etməkdə şübhəli bilinir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Dinamo"ya Besedinin antidopinq qaydalarını pozması ilə bağlı UEFA-dan məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırılır.

Qeyd edək ki, bu mövsüm Besedin keçirdiyi 23 oyunda 8 qol vurub və bir məhsuldar ötürmə edib. İndiyə qədər isə Ukrayna millisinin heyətində keçirdiyi 12 oyunda 8 qol vurub.

Milli.Az