Uber Kolumbiyada qadağan edilib

24 Dekabr 2019 21:45

Kolumbiya Sənaye və Ticarət Ofisi ölkədə "Uber"in fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Milli.Az chip.az-a istinadən bildirir ki, bu barədə məlumat ofisin saytında dərc edilib.

Qeyd olunub ki, "Uber" bazarı tənzimləyən qaydaları pozur və yerli taksi operatoru "Cotech" şirkətindən müştərilərin axınına səbəb olur.

Qərar imzalandıqdan sonra qüvvəyə minib. Hazırda "Uber" Kolumbiyada xidmət göstərməyi dərhal dayandırmağa borcludur.

Milli.Az