Miqrasiya orqanlarına qəbulla bağlı tеst imtаhаnı keçirilib - YENİLƏNİB

21 Dekabr 2019 13:40

13:40

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, DİM tərəfindən 21 dekabr 2019-cu il tarixində Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

İmtahana yazılış noyabrın 18-dən dekabrın 16-dək aparılıb və bu müddət ərzində 252 namizəd qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 243 namizəd iştirak edib. Test imtahanının nəticələrinə əsasən, 165 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

---------
11:56

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

DİM-dən Milli.Az-a verilən məlumata görə, test imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında keçirilir.

İmtahanda iştirak üçün 252 nəfərin namizədliyi qeydə alınıb. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılır. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq.

İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunub. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycanın tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.

Milli.Az