Məşhur futbolçu baş məşqçiliyə başlayır

21 Dekabr 2019 11:29

"İnter"in keçmiş futbolçusu Deyan Stankoviçin yeni iş yeri bilinib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 41 yaşlı sabiq futbolçu "Srvena Zvezda"nı çalışdıracaq. Stankoviçin şənbə günü yeni klubuyla rəsmi müqavilə imzalayacağı bildirilir.

"Srvena Zvezda" ilə 2,5 illik müqavilə imzalayacaq Stankoviç, mövsümə 400 min avro məvacib alacaq.

42 dəfə Serbiya millisində çıxış edən keçmiş yarımmüdafiəçi, 2004-2013-cü illər aralığında "İnter"də forma geyinib. Stankoviç 2014/15 mövsümündə "Udineze"də məşqçi kimi çalışıb.

Milli.Az