İzlədiyi televiziya proqramı həyatına son qoydu

21 Dekabr 2019 10:34

Mia Austin adlı 30 yaşlı qadın televiziya proqramında gördüyü yarışmanı evdə təkrarlamaq istəyərkən canından olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bağ evində televiziyada əyləncə proqramı izləyən qadın yarışçıların etdiyi hərəkəti təkrarlamaq istəyib.

Belə ki, yarışma kimin ağzına daha çox ''marshmallow'' yerləşdirməsindən ibarət olub. Gənc qadın ağzına çoxlu sayda ''marshmallow'' yerləşdirərkən anidən boğulub.

Boğazında qalan şirniyyatı öskürərək çıxarmaq istəsə də buna gücü çatmayan qadın boğularaq ölüb.

Milli.Az