Bir öpüşlə şayiələrə son qoydular

21 Dekabr 2019 18:45

Rusiyalı müğənni, "VİA Qra" qrupunun üzvü Albina Canabayeva İnstaqram paylaşımı ilə haqqında yayılan şayiələrə son qoyub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni həyat yoldaşı Valeri Meladze ilə münasibətlərinin pozulduğu deyilən Albina səhnədə öpüşərkən çəkilmiş fotosunu paylaşaraq yazıb:

"Həqiqət həmişə eynidir... Hamının axşamı xeyir. Gedin və sevdiyinizi öpün".

Milli.Az