"Neftçi" azarkeşləri baş məşqçi ilə rəhbərliyin istefasını tələb etdilər

21 Dekabr 2019 09:44

"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"la səfərdə heç-heçə edib - 0:0.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, ilk oyunda 0:1 hesabıyla uduzan paytaxt təmsilçisi mübarizəni dayandırıb.

Uğursuzluğu "ağ-qaralar"ın azarkeşləri etirazla qarşılayıb. Sumqayıta gələn fanatlar baş məşqçi Roberto Bordinlə rəhbərliyin ünvanına istefa şüarları səsləndiriblər.

Milli.Az