"Roma"dan səfərdə darmadağın - VİDEO

21 Dekabr 2019 10:45

Italiya A Seriyasında 17-ci turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, "Roma" səfərdə "Fiorentina"nın qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin böyükhesablı qələbəsiylə başa çatıb.

"Roma" 35 xalla 4-cü pillədədir. "Fiorentina" isə17 xalla 14-cüdür.

"Fiorentina" - "Roma" 1:4

Qollar: Milan Badelj, 34 - Edin Ceko, 19, Aleksandr Kolarov, 21, Lorenso Pelleqrini, 73, Nikolo Zaniolo, 88

Milli.Az