Maşın oğrusu tutuldu

16 Aprel 2010 10:59
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə aprelin 15-də saat 03:30 radələrində F.Məlikov küçəsində qeydə alınıb. Vüsal Əhmədova məxsus "VAZ 2107" markalı avtomobil naməlum şəxs tərəfindən  qaçırılıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nətiəsində avtomobil saat 09:30 radələrində saz vəziyyətdə tapılıb. Avtomobili qaçıran Ruslan Niyazov isə şübhəli şəxs qismində saxlanılıb.

Anar Məmmədov
Milli.Az