Kanadanın Toronto şəhərində magistral yolda baş verən atışma nəticəsində 3 nəfər xəsarət alıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Global News" telekanalı bildirib.
Polis yolun kənarında avtomobildə güllə yarası alan 3 nəfər aşkar edib. Onlardan 2-si kişi, biri isə qadın olub. Yaralılar xəstəxanaya yerləşdirilib, kişilərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Polis xəsarət alanlara atəş açan silahlı şəxsin axtarışını elan edib.
Milli.Az