Kamran Ağayev qəzaya düşdü - FOTO

21 Dekabr 2019 09:09

Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev avtomobil qəzasına düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər futbolçunun İnstaqram hesabında paylaşılıb.

Hazırda klubsuz olan futbolçunun hansı şəraitdə qəzaya düşdüyü barədə məlumat verilməyib. Futbolçunun maşını tamamilə yararsız hala düşüb.

Milli.Az