Almaniya Bundesliqasında 17-ci tura start verilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Dortmund" "Borussiya"sı səfərdə "Hoffenhaym"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Hoffenhaym" - "Borussiya" - 2:1
Qollar: Qötze, 17 (0:1), Adamyan, 79 (11), Kramariç, 87 (2:1)
Qeyd edək ki, hazırda Dortmund təmsilçisi 30 xalla 4-cü, "Hoffenhaym" 27 xalla 6-cıdır. Turnir cədvəlinə 34 xalla "Leyptsiq" başçılıq edir, Münhenqladbax "Borussiya"sı eyni xalla 2-cidir. "Bavariya" isə 30 xalla 3-cü pillədə qərarlaşıb.
Milli.Az