Levandovski əməliyyat olunacaq

21 Dekabr 2019 08:48

"Bavariya"nın futbolçusu Robert Levandovski əməliyyat olunacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, polşalı hücumçu Bundesliqasının turunda 17-ci turunda bu gün  "Volfsburq"a qarşı oynadıqdan sonra əməliyyat həyata keçiriləcək. Qasıqda problemi olan 31 yaşlı oyunçunun 10-14 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, karyerasının ən yaxşı vaxtlarından birini yaşayan Levandovski bu mövsüm 24 matçda 30 qol vurub.

Milli.Az