Britaniya parlamenti “Brexit" haqqında qanun layihəsini qəbul edib

20 Dekabr 2019 21:09

Böyük Britaniya parlamenti Baş Nazir Boris Consonun "Brexit" haqqında qanun layihəsini qəbul edib. 

Milli.Az APA-ya istinadən bildirir ki, parlamentdə qanun layihəsinin lehinə 358, əleyhinə isə 234 səs verilib.

Qanun layihəsi 124 səs çoxluğu ilə II oxunuşda qəbul olunub. 

Qeyd edək ki, qanun layihəsinə görə, Böyük Britaniya 31 yanvar 2020-ci ildə Avropa İttifaqını tərk etməlidir.

Milli.Az