Saatlı sakini ehtiyatsızlıqdan kanalda boğulub öldü

20 Dekabr 2019 20:14

Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Bahadur Behbudov yaşadığı məhəllədə hərəkətdə olarkən müvazinətini itirərək yaxınlıqdan keçən su kanalına düşüb. Həmin vaxt ərazidə heç kim olmadığından o boğularaq dünyasını dəyişib. B.Behbudovun meyiti sudan çixarilaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az