Bakı metrosunda QƏRİBƏ HADİSƏ - Qatar stansiyada dayandı, qapıları açılmadı

20 Dekabr 2019 17:22

Dünən axşam saat 7 radələrində sərnişinlər Bakı metrosunda növbəti maraqlı hadisənin şahidi olublar.

Milli.Az xəbər verir ki, "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatar "Qara Qarayev" stansiyasında saxlasa da qapılar açılmayıb.

Sərnişinlə dolu qatar "Neftçilər" stansiyasına doğru hərəkətini davam etdirib. Sərnişinlər sözügedən stansiyada düşərək əks istqamətdə ("Qara Qarayev") yenidən geri qayıtmalı olublar.

Məhəmməd Vaqif
Milli.Az