Aynişan Quliyeva nişanlandı - FOTO

20 Dekabr 2019 16:26

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva nişanlanıb.

Milli.Az xəbər verir ki, bu haqda azxeber.com-a Aynişan özü məlumat verib.
 
O bu xəbərə qısa şərh verib: "Bir neçə gün öncə nişanım olub. Bu haqda çox danışmaq istəmirəm, heç vaxt şəxsi həyatımla gündəmdə olmamışam, bundan sonra da olmayacam".
 
Aynişan daha sonra isə qeyd edib: "Hər şey salam Aynişan xanım, xoş gəlmisiniz" sözü ilə başladı.
 
Aybəniz Haşımova isə deyib: "Nəhayət ki, balam böyüdü. Qızım, Allah xoşbəxt eləsin sizi".

Milli.Az