"Eurovision"a ulduz lazımdır və hər kəs ulduz ola bilməz" - Səmra

20 Dekabr 2019 18:14

"Eurovision" təmsilçilərimizdən olan Səmra Hüseynli açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "İnfe Azərbaycan" səhifəsinə açıqlamasında sənətçi ölkəmizi "Eurovision" müsabiqəsində əcnəbi ifaçının təmsil etməsini məsləhət börüb:

"Bu il Azərbaycanı Rusiya şou-biznesindən kimsə təmsil etməlidir. "Eurovision"a ulduz lazımdır və hər kəs ulduz ola bilməz".

Səmranın fikirləri sosial şəbəkədə tənqid edilib. İzləyicilər Azərbaycan şou-biznesində yetəri qədər istedadlı ifaçıların olduğunu vurğulayıblar.

Milli.Az