Dünyanın ən məşhur səs sistemləri istehsalçılarından biri olan JBL şirkəti, günəş enerjisi ilə işləyən və uyğun şərtlər altında az qala limitsiz batareya vəd edən yeni simsiz qulaqlıq modeli Reflect Eternal modelini tanıtdı.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qulaqcıq və Bluetooth ilə işləyən dinamik modelləriylə istifadəçilər tərəfindən də ən çox seçilən markaların başında gələn JBL, kabelsiz qulaqlıq bazarındakı iddiasını bir neçə mərtəbə daha yuxarı qaldıraraq yeni modellə qarşımıza çıxdı.
ABŞ-ın şirkəti Reflect Eternal adını verdiyi yeni Bluetooth qulaqcığı, düzgün şərtlərdə potensial olaraq limitsiz batareya ömürü təqdim etmək üçün üst hissədə günəş paneli istifadə edir. JBL, qulaqcıqları gündə yalnız 2,5 saat açıq havada taxmaqla, az qala limitsiz istifadə etmək üçün kifayət edilə biləcəyini söyləyir; ancaq bu təcrübə üçün, qulaqcıqları nisbətən günəşli bir gündə taxmaq lazım olacaq.
Şirkət, birbaşa günəş işığına görə çox daha az təsirli olmasına baxmayaraq, Reflect Eternal modelini məkan işıqlandırmasından belə enerji yığa biləcəyini ifadə edir.
Milli.Az